KİŞİLƏR VAR İDİ...
Kişilər var idi qeyrət timsalı,
Üzündən-gözündən nur tökülərdi. Elin dərd-sərindən olardı halı, Yamanlıq görəndə o, bükülərdi. Kişilər var idi, qan yatırardı, Bir sözü heç zaman iki olmazdı. Arada şər görsə, kin batırardı, Ortaya yox yerdən nifaq salmazdı. Məclisin başında olardı yeri, Hər sözü-söhbəti dədələr kimi. Zəhmli cüssəsi həmişə diri, Deyildi indiki gədələr kimi. Ağsaqqal deyilir kişi olana, Nakişi olana bu söz deyilməz. Elin şad günündə dava salana, Ara qatanlara heç düz deyilməz. Görməmiş ağsaqqal olur özündən, Təmkini, salğarı deyil yerində. Elə qan tökülür söhbət-sözündən, Kəlməsi dayazdı, yoxdu dərində. Yağı-balı qoyub, şoru yeməyin, Səkil ət yanında nədir ki ciyər? Hər yetən adama dədə deməyin, Köhnə dədələrin ruhu inciyər. 01.07.2018. |