...Gizledecik düzümüzü..?
...Gizlədəcik düzümüzü..?
Nə qədər tərif ilə şişirdəcik özümüzü, Baş qatıb vədlər ilə gizlədəcik düzümüzü..? Qəribə xəstəlikdi haqq deyənə səhv baxırıq, Tənqidə sözlərlə yox şər ilə qara yaxırıq, Kürsünün azarıyla savadı çaşıb sıxırıq, Uçurum pikindəyik deyəmmirik sözümüzü, Nə qədər tərif ilə şişirdəcik özümüzü, Baş qatıb vədlər ilə gizlədəcik düzümüzü..? Məmura sərf eləyən təlabatdı günün sözü, İş-gücə mız qoyulur,korlanır zəhmət həvəsi, Haqqa sahib çıxanın kəsilir şərlə nəfəsi, Beləcə məhv edirlər beş yox,on yox,yüzümüzü, Nə qədər tərif ilə şişirdəcik özümüzü, Baş qatıb vədlər ilə gizlədəcik düzümüzü..? Zəhmətlə qazananın qazancı qalmır özünə, Böhtanla üzə duran tapıb qoyurlar üzünə, Zalımlar “faktlar tapıb”soxur məsumun gözünə, Qapadıb kor eyləyir rüşvət görən gözümüzü, Nə qədər tərif ilə şişirdəcik özümüzü, Baş qatıb vədlər ilə gizlədəcik düzümüzü..? Dərdimiz çox böyükdü söyləməklə bitməz inan, Urvada un qurtarır məmurlarda yoxdu iman, Yəqinki göstərəcək zalımlara haqqı zaman, Şərlə böhtan birləşib qaraltdı çox üzümüzü, Nə qədər tərif ilə şişirdəcik özümüzü, Baş qatıb vədlər ilə gizlədəcik düzümüzü..? 2018. |
kutluyorum…
Duyarlı güzel yüreğinize ve ellerinize sağlık…
........................................ Saygı ve selamlar..