YAR ALAR (təcnis)
Əsil insan gözlər əsil-zatını,
Gəzər eldə, tapar gözəl yar, alar. Gözəl qismət yazmayıbsa Yaradan, Qövr eyləyər sinəsində yaralar. Halal olsa qazandığın, dağ olar, Haram yeyən bir gün sinədağ olar. Yadın sözü tənə olar, dağ olar, Yar qəlbini yar oxşayar, yar alar. Əflatunam, söz deyərəm mərdana, Namərd oğul böyütməz ki mərd ana. Mərd insanlar mərd axtara, mərd ana, Namərd elə könül qırar, yaralar. |