MƏNİ
Haradan tuş oldun zalım balası,
Yandırdın oduna, közünə məni. Tilsimli kəməndi alıb əlinə, Sarıdın beləcə özünə məni. Bir azad quş idim, pərvaz edərdim, Əngin səmalara doğru gedərdim. Yox idi bir qəmim, nə də ki dərdim, Yaman bənd eylədin sözünə məni. Vüqarım göylərdən enməzdi heç vaxt, Alovum, atəşim sönməzdi heç vaxt, İnadım özündən dönməzdi heç vaxt, Axır ki endirdin dizinə məni. Əflatun düşməzdi qürur atından, Uçardı göylərin yeddi qatından, Yazardı sözləri söz baratından, Necə təslim etdin nazına məni? |