5
Yorum
8
Beğeni
5,0
Puan
736
Okunma
Bir dünya sevinci alıb çiyninə,
Elə xoş müjdəli bir bahar gəlir.
Çərşənbə günləri muştuluq deyir,
Novruz haraylayır, çəkir car, gəlir.
Təbiət müntəzir xoş avaz üçün,
Düzülür xonçalar güllü yaz üçün.
Gözəllər yarışır işvə-naz üçün,
Bəzənir al-əlvan hər nə var, gəlir.
Hər tərəfdə yaz havası qoxuyur,
Quşlar şövqə gəlib nəğmə oxuyur.
Çəmənlər çiçəkdən xalı toxuyur,
Oyanır bağ-bağça, təzə bar gəlir.
01.03.2018.
5.0
100% (4)
Hesabınıza giriş yapın ya da yeni üyelik oluşturun.