Diri alıb.........
Diri alıb...
Bu həyatın sirli olan gözü ac, Arzu,istək xəyallarda bac-xərac, İnsanlığa olar qənim ehtiyac, Çox güvənmə,həyat sirli bir addır Diri alıb,ölü verən həyatdır... Yaranandan əzər,kəsər,inlədər Canlıları tamah gücə yönlədər, Haramxoru bəsləyərək enlədər, Zalımlıqla əzəlindən inaddır, Diri alıb,ölü verən həyatdır... Bu həyatın qucağı şeytan dolu, Pul,silahla seçilir haqqın yolu, Qan içənlər bürüyüb sağı-solu, Haqdan uzaq qəm-qüssəli “büsat”dır, Diri alıb,ölü verən həyatdır... Tamah eşqi rüşvətxorlar əlində, Duza gedir xurcunları belində, Vəd böhtanlı əməlinin selində Dələduza verdiyin güc qanaddır, Diri alıb,ölü verən həyatdır... Bu həyatın zayı çıxıb ay Lələ, Yükü çox ağırdır,gətirmir dilə, Hey qurulur dünyamıza bəd tələ, Düşünməyin bu cahan xoş abaddır, Diri alıb,ölü verən həyatdır... Dərdlər böyük deyiləsi sözüm çox, Dinsizlərin qəlblərində iman yox... Bayram dinin kafirlərə olub ox, Zaman haçlı pisliklərlə bərbaddır, Diri alıb,ölü verən həyatdır... 09.2017. |
Kutlarım…
................................................... Saygı ve Selamlar.