Üreyim...
Ürəyim
Sanma ki eşqdə xamam,eşqlə yanan can ürəyim, Eşqə sadiq aşiqəm sevdana qurban ürəyim. Yarı gördükdə hərdən döyünüb həddən ziyada İtirir gah özünü sevdaya heyran ürəyim. Can alan gül camalın təsvirin xəyalda çəkib, Tənha keçən günləri olur pərişan ürəyim. Eşq sirli bir dəryadır,bu dəryada batanlar çox, Sevdasız eşq yolundan keçəmməz bil yan ürəyim. Eşq dərdə düçar olan aşiq bilər bu dərd nədir, Həsrətdən bil ki olar sinəmdə şan-şan ürəyim. Yusif eşqin qüruru,Züleyxa baş tacı imiş, Yar bil ki öz yerindi eşq olan ünvan ürəyim. Qoyma Bayramın gözün intizarlı eşq yolunda, Əbədi bil yaşadır eşq adın yazan ürəyim. 2017. |
Kutlarım…
................................................... Saygı ve Selamlar.