Qorkuram....Qorxuram... Bir məmura... Hər ağızdan bir söz çıxır qorxuram, Şər,bohtanlar evlər yıxır qorxuram. Hərdən durub istəyirəm düz deyəm, Məmur süzüb tərs-tərs baxır,qorxuram. Üzə duran məkirliyə söz dedim, Gördüm məni əzib,sıxır, qorxuram. “Kim eşşəkdi mən də ona bir palan”, Mən palanı eşşək yıxır,qorxuram... Yalanlarsa şüar kimi səslənib Çirkabını düzə yaxır qorxuram. Qarnı tuluq məmurumun gözü ac, Nə görürsə doymur tıxır,qorxuram. Söz salanda namus,qeyrət,şərəfdən Şimşək kimi dözmür,çaxır,qorxuram. Dövlət,millət hissiyatı yox bunun, Rüşvət səmtə su tək axır qorxuram. Bir bəladır xasiyyəti,iş-gücü, Hikkəsindən öküz sağır,qorxuram. Tələsinin gücü vədlə məkirli, Haqqa şərli sözlər yağır qorxuram. Çox öyüyür son zamanlar şübhəli, Vaxt yetişir,sanma pıxır,qorxuram. Mənəm-mənəm deyən rüşvət xəstəsin, Sonda olur halı ağır,qorxuram... Həyat belə,söz də gəlmir heç dilə, Ömür-gün də olur paxır,qorxuram... 2016. |
Haz alarak okudum...
Çok Beğendim...
........................... Saygı ve Selamlar.