Sevgi var
İki can bir ola dünyada səadət tapacaq,
Və səadət yolunu ülvi məhəbbət tapacaq. Sevgi var qəlbə düşür duyğulu anlar yaşadır, Kölə olsan ona üstündə xilafət tapacaq. Sevgi var şəfqəti var, ülfəti var, cənnəti var, Onu hiss etdiyin an qəlbin hərarət tapacaq. Sevgi var alsa başın üstünü yıxdıqda həyat, Bir sığal görsə telin canda dəyanət tapacaq. Sevgi var gözləri ağlar qoyaraq ruhu yuyar, Onu duyduqda bəşər Haqdan hidayət tapacaq. Mən deyən sevgi, məhəbbət sizə əfsanə gələr, Yaşadıqcan anı, əfsanə həqiqət tapacaq. Ey Anar, ruhumu satdım elə bir sevgiyə mən, Bu canın sahibi məhşərdə şəfaət tapacaq. Müəllif: Anar Əhəd |
Kalemin susmasın
_____________________________Selamlar