Şirinlik getir diline...
Şirinlik gətir dilinə...
Məni divanə sanıb salma sevda eşq əlinə, Oda pərvanə edib çevirmə yanğın külünə. Həsrətli iniltidən sən qoru incitmə məni, Kövrəyəm,atma zalım dolmuş gözdə yaş selinə. Yox dözüm həsrət ilə tənha keçən hər bir günə, Dəyməsə sığal çəkmək əlim ətirli telinə. Yar deyən gündən elə qəlb yaradı bir həbi yox, Tədavüm təkcə qalıb ümüdlə sevda gülünə. Bayram eşq bir dəryadı şirinindən acısı çox, Ancaq güc şirindədir,şirinlik gətir dilinə... 27.06.2017. |
Gönül dostu; Duyguların kendini bulduğu güzel dizeler muhteşem…
Kutlarım…
…….............................. Saygı ve Selamlar…