Eyləyir divanə məni...
Eyləyir divanə məni...
Çox əcəb eyləmisən,salmısan hicranə məni, Barı gəl salma gülüm nazınla nöqsanə məni. Ərköyün bir aşiqsən,dərdlərimə dərd qataraq, De nədən eyləyirsən eşqinə biganə məni? Gah sınaq ədan ilə hey çəkərək çək-çevirə, Qoyursan intizarda, sən kimi cananə məni. Ərköyün eşqin ilə eşqimə açmısan savaş, Qəlbdəki sevdan ilə salma yarım, qanə məni. Günahım qəlbə hopan həsrətli bir eşqdir inan, Sənin də yox insafın,yığıbsan lap canə məni. Sənin hər nazına qurban dedim ki can olasan, Demədim eyləyəsən Məcnun tək əfsanə məni. Bayram,eşqin quluyammış,yarımın yox xəbəri, Astaca eşqi ilə eyləyir divanə məni... |
Kutlarım…
……......................................Saygı ve Selamlar...