Söyle ne eylemişem...
Söylə nə eyləmişəm...
Söylə nə eyləmişəm,mən bəxti bu qarə sənə, Bəlkə haqsız danışıb məndən bir avarə sənə? Baxışın sənin deyil,qəlbimi də tamam üzür, Yoxsa olub günahım,ediblər işarə sənə? Qəlbimə eşqin ilə baxıb sonra ver qərarın, Bilmədən əsəbləşmə,əsəb olmaz çarə sənə. Demişdin eşqinə qurbandı canım aşiqinəm, Heç belə olmaz idin,kim vurubdur yarə sənə? Əğyarın sözlərinə söylədim uyma əzəldən, Boş yerə dedim axı,çəkmə məni darə sənə. Bayrama varsa qəsdin bir dəfəlik canın alıb, Öldür ki,söyləməsin eşqini dübarə sənə... 2015. |
Ve yaşam ölüme rağmen güzeldir.. Filezof Abdulkadir KAÇAR…
Kutlarım…
……......................................Saygı ve Selamlar...