Salıb aşkdan söhbeti...
Salıb eşqdən söhbəti...
Salıb eşqdən söhbəti,xoş gəlib yad eyləmisən, Eşqinin qəlbdə olan sevdasın ad eyləmisən. Həsrətin əzabları qəlbimə dərd-bəla idi, Deyirlər bu həsrətdən guya azad eyləmisən. Qaranlıq günlərimiz eşq yolunda hərdən olub, Eşqinlə işıq saçıb,eşqim abad eylımisən. Dərdlilər dərdlisinə dərdi verən cahillərin, Anlayıb niyyətlərin eşqlə bərbad eyləmisən. Eşqimiz cah-cəlallı sevda,məhəbbət yoludur, Bu yolun arifisən,eşq ilə şad eyləmisən. Bayramın eşq istəyi əzəldən haqdan yüklənib, Verərək eşq qəlbini,eşqli həyat eyləmisən... 2015. |
Yüreğinizde bitmeyen neşeli güzellikler var olsun değerli gönül dostu...
Kutlarım…
……......................................Saygı ve Selamlar...