VARLIĞINA CAN DEMİŞƏM...
Varlığına can demişəm.
Vətən övladı,sənin varlığına can demişəm, Qarabağ,Türkmən elin özünə qurban demişəm... Çörəyin taptalayan “qatırların”lap çoxalıb, Ayıl ki,eyləyəsən onları viran demişəm. Doğu Türkmən qan içində əzilir,çatmır əlin, Olmusan susqun qəlbli,ellərin talan,demişəm. Etməyin xəyanəti siz verilən əmanətə, Ol baba əmanəti, Türk elə həyan demişəm... Sən Kürşad,Atillanın törənisən unutma ki, Düşmənin həmləsinə, qur ağır divan demişəm. Susmaqla məhvinə fərmanı özün yazma belə, Ayıl qəflət yuxudan,birliklə oyan demişəm... Olmusan çox unutqan,unutma düşmən xislətin, Düşmənə Türk gücünü eylə sən bəyan demişəm. “Siyasət” oyunundan dur aralı,çəkmə adın, Türklüyə bil düşməndir,bu acı tufan demişəm. Bir nəzər et özünün keçmişinə,bu gününə, Çox əzablar çəkəcən,qurmasan Turan demişəm... Bayram,çox yatıb susursan,nə deyim bu halına??? Əsəbdən qovruluram,yerində sayan demişəm... 22.06.2015. |
Gönül sesiniz daim olsun.....
Kutlarım…
……......................................Saygı ve Selamlar...