Demedi deme...
Demədi demə...
Dünya çalxalanır,insan əzilir, Məhv olur müsəlman,demədi demə. Bu savaş haçlının şər savaşıdır, Ayılıb bax inan,demədi demə. Nəzər sal dünyanın gediş yoluna, Terrora “güc”verən düşmən halına, Savaşlı zamanın tərs əhvalına, Məhv olur din-iman,demədi demə. Bölünmə məzhəbə İslam yolunda, Qoru insanlığı sağın solunda, Tap gücü birlikdə olan qolunda Susmaq verər ziyan,demədi demə. Terror müsəlmana “calanır”,ancaq Terrorbaş danışır xəbərsiz sayaq, Məkirli xaçlıya verməyin ayaq, Anlasın söz duyan,demədi demə. Siyasi “söhbətlər”dəbdədir yaman, Şam İraq səmasın blıbdır duman. Liviya can verir susur müsəlman, Bizlərə bu nöqsan,demədi demə. Tamah yaman qatıb”kirli”başları, Terror yetişdirən xaç əyyaşları, Məzhəblə atılan şər savaşları Eyləyin siz bəyan,dedmədi demə. Ayıl Türk oğlu Türk ayıl bu işdə, Biclərlə çox olub”oyun”keçmişdə, Güc göstər düşmənə qalsın təşvişdə, Yağı verməz aman,demədi demə. “Siyasi”tələdə “kef” çəkirik,”kef” Hiyləli oyuna olmuşuq hədəf, Məkirli düşməni eyləməsək dəf, Bizi əzər zaman,demədi demə... 2017 |
Haz alarak beğendim…
Kutlarım…
……......................................Saygı ve Selamlar...