Demişik...Demişik... Dəmir Gədəbəylinin eyni adlı şeirinə. Boğaz qarın xəstəsiyik,şiş qarına dəf demişik, Haqlı sözə don geydirib,yoxsa rüşvət,səhv demişik. Millət üçün iş görənin işlərinə tərs baxaraq, Dələduzdur söyləyərək,bizə gəlir kəf demişik. Çox sapmışıq yolumuzu,Hayqanuşla “kef-damaqda”, İçdiyimiz şeytan “suya”kef verən qədəh demişik. Gecə,gündüz öz canını, fəda edən ziyalıya, Pulu yoxsa baxıb gülüb,bədbəxt bir səfeh demişik. İş gücümüz məddahlıqla şər,böhtanla qara yaxmaq, Haqq yolunda olanları, eyləyin tənbeh demişik. Bayram,özün bəyənməyib,yeniliklər axtararaq, At eşşəklə törəyənə, “tapıntı” tərəf demişik... 2015. |
Okuyarak Beğendim...
Gönül hoşluğuyla Kutlarım..
.......................................... Saygı ve Selamlar..