Şele yaranmış...
Şələ yaranmış...
“Qanmayana qananların borcu var”, Əzəldən söyləmiş bizim babalar, Deyərlər anlayıb,bir qanan olar... Dünyanın gedişi belə yaranmış, Qanmazlar qanana şələ yaranmış. Ağ görüb,o ağa bil qara desə, Susduğun görərək gəlsə “həvəsə”, Ona tay olarsan,danışma kəsə, Bu xəstə qanmazlar elə yaranmış, Qanmazlar qanana şələ yaranmış. Cahilin sözləri fitnə gəzərli, Hər işi,baxışı iyrənc nəzərli, Verməz insanlığa xeyir,kəsərli, Tamah düc insana tələ yaranmış, Qanmazlar qanana şələ yaranmış. Nə qədər bəsləyib sığalı çəksən, Haramı rədd edib halala büksən, Bağında ətirli güllər də əksən, Sanacaq bu ona hiylə yaranmış, Qanmazlar qanana şələ yaranmış. Həyat mübarizə,insan əsgəri, Nadanlıq arada şərlə sərsəri, Haqsızın insan tək olmaz dəyəri, Haqq sözü söyləmək dilə yaranmış, Qanmazlar qanana şələ yaranmış. Bayram,çox görübsən özün öyənlər, Vətənə,millətə tərif deyənlər, Zamanı gələndə işi əyənlər, Doğumdan həyatda kölə yaranmış, Qanmazlar qanana şələ yaranmış... |
Sevgi kervanı sevda yükünü katar katar taşımakta...
Okuyarak Beğendim...
.......................................... Saygı ve Selamlar..