Divane edib...
Divanə edib.
Gözəlin eşq baxışı dərd verib divanə edib, Qəlbi candan alaraq eşqinə pərvanə edib. Baxışı çox iti ox,qəlbi deşir nazlar ilə, Qəsdini həm özünə,həm də ki bu canə edib. Məni məftun eyləyib çəkir özünə baxışı Yanıram eşqi ilə,həyata biganə edib. Desələr inanmazdım içdəki sevda yanğıya, Yandırıb atəşinə,közləri qəlb yanə edib. Naz ilə avazında anlamıram məqsədi nə, Eşqə bu baxışlarla gəlməyinə xanə edib. Bayram aç qəlbini söylə bilinsin eşq məramın, Allahım haqq aşiqin qismətin qananə edib. 2015. |
Sunulan bu şiirleri de okuyarak beğenerek paylaşmak şairlerin görevi.
Kutlarım...
............................................ Saygı ve Selamlar.