Alıb canımı...
Alıb canımı... 202.
Üzdün ey gül eşqimin sevdasın alıb canımı, Edib həsrətli məni,nədən qaraltdın qanımı? Təzim də eyləyərdi eşqimizə əğyar özü, Nazınla gəl dəyişmə eşqdə olan ünvanımı. Küllü aləm bilir ki eşqinin divanəsiyəm, Almısan şübhəyə sən eşqimdəki ad-sanımı. Qısqanclıq üzdü bizim qəlbimizin taqətini, Belə getsə verəcəm eşqə sevda fərmanımı. Bağladım qəlbimi ki, o qəlbinlə bir döyünsün, Kəsmisən burda da sən eşqli olan amanımı. Bayram ol sən işinlə haqq yerini bil tapacaq, Gözlə eşqlə yetişən sevdalı eşq zamanımı... 2015. |
Siir üreten ve sunan gönülleri tebrik etmek gerek.
Kutlarım...
............................................ Saygı ve Selamlar.