Yoksada sende?
Yoxsa da səndə ?
Dözmədin hicrana,dözmədin neylim, Eşqindən əlini üzmədin neylim, Günahkar axtardın,çözmədin neylim, Günah məndədimi,yoxsa da səndə? Üzmüsən qəlbimi öz ədan ilə, Eşqlə yandırırsan sən bilə-bilə, Qısqanc hislərini demirəm hələ, Salmısan qəlbimi eşqli kəməndə Günah məndədimi,yoxsa da səndə? Sevdalı qəlbləri dərdə yar etdin, Ötən günlərimi ahu-zar etdin, Yoxsa düşündün ki bəxtiyar etdin? Eşqini bildirib salıbsan fəndə, Günah məndədimi,yoxsa da səndə? Sevmək sevilməkdən bil betər imiş Aşiqin qəlbində eşq kədər imiş, Yarsız keçən günlər çox hədər imiş, Gərək ki görüşək səninlə gündə, Günah məndədirmi,yoxsa da səndə? Bayramı eşq yoldan çaşdırma bəsdi, Eşqində şıltaqlıq yetər,əbəsdi, Belə ərköyünlük sevdalı səsdi, Bu eşqi incitmə duraraq tində, Günah məndədirmi,yoxsa da səndə? |