Verdin sert yele...Verdin sərt yelə... Sən getdin şaxtalı qarlı boranda, Gedişlə apardın eşqim özündə... O qəlbin vaxt gələr məni soranda, Titirəyib yanılma sevda sözündə... Eşq dağın yolları, burum-burumdur, Çalış cığırında gedişi çaşma. Eşq qəlbdən umduğu sevda sorumdur, Anla ki sorumu,həddini aşma... Eşq bizi salmışdı düzə,çöllərə Artıq yadlaşırıq,söylə nədəndir? Yamanca inandıq eşqli dillərə, Sevdamız yalanla belə tükəndi... Gedirsən,get yolun qoy açıq olsun, Eşqinə eşqimi sən ad eyləmə... Eşqin gözəlliyi qəlbinə dolsun, Ötən sevdamızdan köç,yad eyləmə... Unutma,bu yolda yandırıb məni Atəşli eşqinlə döndərdin külə. Necə sınıq qəlblə de sevim səni? Eşqimlə sevdamı verdin sərt yelə... 26.12.2015. |
ŞİİRİ SEVDİREN DİZELER GÖNÜLLERE CANLI SEVDALAR SAÇMAKTA…
Kutlu ve mutlu dileklerimle…
Çok Beğendim…
………………..…………. Saygı ve Selamlar…