Neden?
Nədən?
Terror deyib hey bağırır bu dünya, Sorulmur terrorla həqarət nədən? Amerika İraqı gizli bölür, Dünya susur,eyləmir töhmət nədən? Erməni terroru bəlli hər kəsə, Uydurma soyqırım qoyulur səsə, PeKaKa,HeDePe gəlib”həvəsə” Edirlər Türklüyə de nifrət nədən? Bunların düyməsi şər dövlət əldə, Şeytan qulluqçusu terrorbaş dildə, İSLAMA düşməndir bunlar əməldə, Açıq söylənilmir həqiqət,nədən? Kərkük,Bayırbucaq qanın içində, Urumçu,Kırım yurd ölüm köçündə, Qarabağ hiyləli oyun seçimdə, Edilir Türkllüyə cinayət nədən? İstanbul Türklüyün şan-şöhrət adı, Unutmaz alçaqlıq terror fəryadı. Bəlkə anlamayıb zalım həyatı, Olmadıq Turanla bir heyyət nədən? Türkün parçalanmış Turan elləri, Bir olub siz kəsin düşmən əlləri... Qabını pisləyən dönük dölləri, Bil sənlə aparır ədavət nədən. Bir armud ayını oynadır yaman, Ayıda olmaz ki nə din,nə iman. Zamanı bürüyüb terrorlu duman, Qısqanır Türklüyü şər dövlət nədən? |
BU ÇOK GÜZEL DİZELERİ YAZAN ELİN VE KALEMİN VAR OLSUN…
Kutlu ve mutlu dileklerimle…
Çok Beğendim…
………………..…………. Saygı ve Selamlar…