Dünya bizden küsüb düzelmez lələ...
Dünya bizdən küsüb,düzəlməz lələ.
Dünya düzelmir ki,düzelmir lələ. İlham Zakiroğlunun şeirinə Bağbanın qalmayıb iş-qücə halı, Astaca dəyişir dünyanın valı, Çörəklə əlləşir insan xəyalı, Dünya bizdən küsüb,düzəlməz lələ. Gətirmə haqq nədir gətirib dilə, Haqq əldən alınıb şit gülə-gülə, Ciblərin boşdursa danışma belə, Dünya bizdən küsüb,düzəlməz lələ. Əyyaşla nə işin,məmurdan danış, İnsanda sızlayan qürurdan danış, İsmətsiz məmurda yox ardan danış, Dünya bizdən küsüb,düzəlməz lələ. Vədəbaz kürsüdə yolun azanlar, Rüşvətlə məzarı satıb yozanlar, Çoxalır millətə quyu qazanlar, Dünya bizdən küsüb,düzəlməz lələ. Banklara əsirik,məmurlara qul, “Məmmədnəsir”lərə olmuşuq bir çul, Yetim-yesirlərə açılmır düz yol, Dünya bizdən küsüb,düzəlməz lələ. Haykanuş,Nataşa keçmiş səhvimiz, Onlardan törəyən biclər”kəşfimiz”, Çətin ki verilsin bizim əffimiz, Dünya bizdən küsüb,düzəlməz lələ. “İynəni sancıbda”durdun qırağa, Bayram da bunları yazdı marağa, Bizlərdə çoxalıb əl cibdə darğa, Dünya bizdən küsüb,düzəlməz lələ... 2016. |
Yüreğine emeğine ve duygularına sağlık, şiir diye güzellikler sunulmuş…
Kutlu dileklerimle.
Çok Beğendim.
…………………. Saygı ve Selamlar…