Eşqden xeteri...
Eşqdən xətəri...
Eşqə düşmüş dəliyəm cananımın yox xəbəri, Düşmüşəm əl-ayağa canım alandan ötəri... Görəndə ağlım itir,dil tutulur,vücud əsir, Qəlbimi açammıram canana eşqə yetəri... Sevda gücün eşidib bilməz idim heç bu qədər, Gördüm o eşitdiyim gücdən də olan betəri... Rəbbimin bizlərə bu verdiyi sınmaz qüvvənin Özünün aşiqinə hörmətidir,yox qədəri. Məcnunu sən qınama,bax Fərhadın eşq gücünə, Dağı çapdı qovuşsun,olmasın Şirin kədəri. Bayram da eşq gücündə həmən gücün dərsin alıb, Çatıbdır istəyinə,almayıb eşqdən xətəri. 05.11.2014. |