Qəzəl - Sevda qulusan
O gülün eşqinə vurğun, qara sevda qulusan,
Səni Məcnun eliyən sevgidə Leyla qulusan. Ürəyin eşqə düşüb, tək o səbəb yox xəbərin, Onu Allah yaradıb, Həqqu – Təala qulusan. Səni aləm bəzəyər çəksə o səndən nəzərin, Elə bir vaxt oyanarsan ki, bu dünya qulusan. Qoca dünya səni valeh eliyib, gör nə üçün, Ayıl ey bəndə ayıl, gör necə əşya qulusan. Əli aşiqləridir haqqa könüldən qul olan, Ey Anar halına xoş sən Əli mövla qulusan. Müəllif: Anar Əhəd |