Bakıb...
B A X I B...
Söz hırsızını aşkar eden Nihal hocama. Əsəbim düz gətirmir əyri yazanlara baxıb, Sözləri təhrif edib,məna yozanlara baxıb. İstədim dəsdək olam qələm tutub yazanlara, Təriflər görüb susdum,yolun azanlara baxıb. Söz dedim anlasınlar şeir nədir,sənət nədir, Söz yozan bərk bağırdı,susdum qızanlara baxıb. Qalıram mat,nə deyim qaydasız baş yerlərinə, Bizə meydan oxuyan başı qazanlara baxıb? Şairlik eşqindədir yoldan ötən söz cığalı, Şeirə şübhəm olur,vəzni pozanlara baxıb. Hərdən çaş-baş qalıram irəliyə gedənlərə, Arxadan düşünmədən quyu qazanlara baxıb. Hırsız eşitmişdim, ancaq hocam söz hırsızı Eşidib şoka düşdüm,hırsız cızanlara baxıb. Söz sənət ədəbimi bərbad hala salanlara Daxildən partlayıram,susan ozanlara baxıb... |