Deli olmağıma menim az kalır...
Dəli olmağıma mənim az qalır...
Dəli olmağıma bir addım qalıb Zəlimxan Yaqub Bu dünya dəyişir,qalmayır iman, Başımız üstünü hey alır duman, İnsan mənliyini itirir inan, Dözə bilməyirəm əsəb daralır, Dəli olmağıma mənim az qalır... Dəyişir zamanın insanı aman, Qalmayır qəlblərdə inamla iman, Mədəsin düşünür bəd nəfis insan, Dözə bilməyirəm əsəb daralır, Dəli olmağıma mənim az qalır... Tamahkir nə görür mədəsi acır, İnsanlar halal yox,harama qaçır, Rüşvətsə qapını çox asan açır, Dözə bilməyirəm əsəb daralır, Dəli olmağıma mənim az qalır... Şərbaz,üzə duran çəkilir başa, Yaltaqlar görərək gəlirlər cuşa, Kişisən bunlara gəl dözüb yaşa, Dözə bilməyirəm əsəb daralır, Dəli olmağıma mənim az qalır... İnsanlıq haqları işdə yox,sözdə Qanunlar kağızda qəlbdə yox,gözdə, Günah axtarılır məsumda,düzdə Dözə bilməyirəm əsəb daralır, Dəli olmağıma mənim az qalır... Qərbin əli ilə adət yozulur, Papiros damaqda gənclik pozulur, İşçinin zəhməti çürük qoz olur, Dözə bilməyirəm,əsəb daralır, Dəli olmağıma mənim az qalır... Qanun çərçivəsi deyilən hiylə, Qurur insanlığa çox iyrənc tələ, İşçini məmura eyləyir kölə, Dözə bilməyirəm,əsəb daralır, Dəli olmağıma mənim az qalır... Salamı verəndə ələ baxırlar, Ağıl yox,geyimə,dilə baxırlar, İnsanı yandırıb külə baxırlar, Dözə bilməyirəm,əsəb daralır, Dəli olmağıma mənim az qalır... Vicdan da çaşıbdı qalmaqaldadı, Rüşvət irəlidə,mənlik daldadı, İnsan cılızlaşır çaş-baş haldadı, Dözə bilməyirəm,əsəb daralır, Dəli olmağıma mənim az qalır... Görünmür gəlişi haqq-ədalətin, Bayram qurbanıdır bu həqiqətin, Düşüb cilovuna bu əsaritin, Dözə bilməyirəm,əsəb daralır, Dəli olmağıma mənim az qalır... 01.11.2014. |
Kalemin daim olsun
____________________________Selamlar