Geleck...
Gələcək...
Öyünmə eşqə düşdün sevdalı canan gələcək, Sevdaya yanmamışdan qəlbini duyan gələcək... Eşqə sərf eylədiyin günlərini sanma heçə, Duysa o canın alan,eşqinə həyan gələcək... Aşiqlik saflıq demək aşiqinə qəlbini aç, Düşünmə qəlbin açsan, aşiqdən ziyan gələcək. Nəzakət göstər hissin,duyğun ilə aşiqinə, Qəlbinə hörmət ilə aşiqdən bəyan gələcək... Eşqin öz aliliyi hər iki o qəlbdən keçər, Eşqinə sadiq olsan,eşqinə də can gələcək. Bu eşqin testi çoxdur əzəmətlə ona yara, Eşqin saflığın görüb,sevdanı sayan gələcək. Bayramı eşq yolunda çox çəkərək çək-çevirə, Dedilər təftiş üçün eşqinə divan gələcək... 04.11.2014. |