Düşdü
Yenə havalandım bir dəli kimi,
Dilimə bir həzin zümzümə düşdü. Dolandı xəyalım keçmiş günləri, Düşüncəm əvvəlki izimə düşdü. Od tutub alışdım pərvanə kimi, Dolandım çölləri divanə kimi, Sərsəm fikirləri qovana kimi, İçimin yaşları üzümə düşdü. Ömrümün baharı yuxuda keçdi, Payızda oyandım, gördüm ki gecdi. İllər həyatımı doğradı, biçdi, Kövrək xatirələr yazıma düşdü. Qul oldum qanmazın önündə yaman, Görmədim fələkdən bir zərrə aman. Əridim şam kimi hey zaman-zaman, Qəlbimin nisgili gözümə düşdü. Bir ömür yaşadım iki mənada, Sirrimi vermədim yaxına-yada. Ömrüm qəmlə keçdi fani dünyada, Yanıqlı kəlmələr sözümə düşdü. Əflatun, mətləbi uzatma daha, Dünyanın sevinci qızıldan baha. Söz ağır getməsin qadir Allaha, Onun kəm baxışı közümə düşdü. |
Qelemin susmasın
_____________________________Salamlar