YAZMIRAM (qəzəl)
Təbim məni şerə çəkir hərdən, yazmıram.
Çün ətrafım od-atəşdir, nardan yazmıram. Yazaram görsəm əgər gözəllik nişanın, Güli-ənbər diləyim, o xardan yazmıram. Göz görür çünki bu millətin zor halını, Haqsız yerə mən dövləti-vardan yazmıram. Çəkilib ərşə Haqdan gələn nazü-nemət, Xalqın göz yaşından, ahu-zardan yazmıram. Diləyim əyyami-bahar, ruzi-bərəkət, Zəhləm gedir qışda boran-qardan, yazmıram. Mənə ilham verir zirvədəki qartallar, Alçaqda dolanan oğru sardan yazmıram. Yazsam nə çıxar? Qiyməti yox, zəhməti çox, Karım olacaq möhnət, bu kardan yazmıram. Əl götür bu sözlərdən, bilsən ay Əflatun, Gen yerin dar olacaq, mən dardan yazmıram. |
Kalemin susmasın
________________________________Selamlar