Şer hata
Şər xəta...
Əl,ayağı çox uzanır kürsüdə, Arpa əkib buğda biçir şər xəta. Mədəsinin tutumunu bilməyir, Nəfisinə olub əsir şər xəta... Gözü doymur,nə görürsə atlanır, Tamah gücü nəfisində dadlanır, Əqli düşük çox rüşvətə qatlanır, Haramlıqla yeyib-içir şər xəta. Çox acgözdü,nəfisi həddən betər, Kimdə görsə pul-para şəri yetər, Fırladaraq böhtan atıb tez itər, İnsanlıq addan da keçir şər xəta. Arxası özü ağılda bir cığal, Xoşlayır salsıb araya qalmaqal, Olanı qapsın çəkərək tərs cığal, Tələsin quraraq köçər şər xəta. Söz deyirsən anlayır bu tərsinə, Çox çətin ki düz danışa,düz dinə, Qarnı üçün durur insan qəsdinə, Tamah güclə nə var seçir şər xəta. Axirətdən yox xəbəri zaydı bu, Uzunqulaq anqırana taydı bu, Cəhənnəmlik atəşinə paydı bu, Əməlindən çəkər əcir şər xəta... 2016. |
Kalemin susmasın
________________________________Selamlar