Yüz sifetli üz kalıb...
Yüz sifətli üz qalıb...
İnsan oğlu,çox düşünmə dərd-səri, Haqq nazilir,tək haqsızlıq paz qalıb... Şeytana yar,çökdürür ədaləti, İnsanlıqda insan olan az qalıb... Vəzifəyə keçən şişib yağlanır, Ətrafında cangüdənlər saxlanır, Şikayətə qapı-baca bağlanır, Qış qurtarır,irəlidə yaz qalıb... Əl atıram torpaq əkəm iş görəm, Vergi ilə öz büdcəmə güc verəm, Bağ bəsləyib bəhrəsindən bir dərəm, Məmur kəsir yolum,torpaq düz qalıb. Haqq soruram,haqsız məni satırlar, Üzə durub qazamata atırlar, Dərdlərimin üstünə dərd qatırlar, Deyirlər ki,orda haqqa döz qalıb. Əsəb,şəkər,infarkt olub yar,yoldaşım Şeytanlar duzlayır hey halal aşım, Söz,çörəklə qatırlar halsız başım, Bax içimə,qığılcımlı köz qalıb... Bayram,insan gündən günə korlanır, Nəfis gücü haramlığa zorlanır, Haqqa kardır,gözü görmür torlanır, Yaltaqlaşır,yüz sifətli üz qalıb... 2016. |
Kalemin susmasın
_________________________________Selamlar