Doğma ana yurdum...
Doğma ana yurdum...
Bəşər yaranandan yaranmısan sən, Sənin tarixinə bu cahan heyran... Sən doqquz iqlimlə dünyada təksən, Torpağın,daşına mən özüm qurban, Doğma ana yurdum Azəribaycan. Elim sahəsində Tusi səsin var, Sənsən Nizamilər yetirən diyar... Mübariz qeyrətli gəncin bəxtiyar, Sənlə başlayacaq o böyük Turan, Doğma ana yurdum Azəribaycan. Parçalandın xəyanətkar əlilə, O tay,bu tay oldun bölgü dililə, Çağırıldın Türk dili,Türk elilə, Yadlaşmadı saf əqidən heç zaman, Doğma ana yurdum Azəribaycan. Sənin fatehlərin dillər əzbəri, Onlar miras qoymuş Türklük əsəri, Qılıncın bərk saxla,olsun kəsəri, İstərəm olasan Türk birlik quran, Doğma ana yurdum Azəribaycan. 12.11.2015. |
Şiirin yüceliğini okuyucuya anlayacağı biçimde sunmak çok işten…
İyi dileklerimle Kutlarım.
Beğendim.
………………………………. Saygı ve Selamlar…