Az qala...
Az qala...
Bu dünyanın dərdi böyük gözü ac, Yolu tutqun,cığırları sərt tıxac, Ağıllı baş edə bilmir bir əlac, Dövlətləri bəhs edirlər silahla Öz oxundan cahan çıxır az qala... Qüvvələr var əsəbləri daşdırır, Qandan doymur,savaşla yarışdırır, İnsanlığı öz yolundan çaşdırır, Dünya gəlmir nadanlarla haqq yola Öz oxundan cahan çıxır az qala... Rüşvətxorda nəfis əqildən iti, O anlamaz halal gələn neməti, Ar,namusu sandıqdakı səvəti, Simiclikdən üstdə yatar “tuz” bala, Öz oxundan cahan çıxır az qala... “Dovşana qaç,tazıya tut”-deyirlər, Dost deyənlər pulla qürur əyirlər, Halal deyib haram tikə yeyirlər, Dünya düşür bic əllərlə bu hala, Öz oxundan cahan çıxır az qala... Avropa birliyi qurulmuş tələ, Qərbin söz bazarı siyasi hiylə, Gücsüz dövlətlərə bunlar bir şələ, Haqqa gəl ey dünya verdin çox bəla, Öz oxundan cahan çıxır az qala... Tarixi də çox yalana caladın, Şər millətlə saf milləti daladın, Haqdan qorxub nəyi vardı taladın, Bu varlığı gictikan tək az dala, Öz oxundan cahan çıxır az qala... |