2
Yorum
2
Beğeni
5,0
Puan
2460
Okunma
Türkiyə Azərbaycan.
Oğuz elində maraq,
Qardaş, qardaşa dayaq,
Türklük ,Turana mayak,
Olmalıdır bircə can,
Türkiyə Azərbaycan!
Avropa, ya da ki, Qərb,
Türkə qarşı əsəb, dəb,
Gözləmir, tarix ədəb,
Olmalıdır bircə can,
Türkiyə Azərbaycan!
Savaş Türkün qisməti,
Vətən namus qeyrəti,
Torpaqsevər milləti,
Olmalıdır bircə can,
Türkiyə Azərbaycan!
Nuru paşa kömək yox,
Milli hissi daha çox,
Düşmənlərə olub ox,
Olmalıdır bircə can,
Türkiyə Azərbaycan!
Allahu Əkbər sözü,
Türklüyün zəfər üzü,
Şərəf Türklüyün özü,
Olmalıdır bircə can,
Türkiyə Azərbaycan!
Ay ulduz ad – sanımız,
Bayraq milli qanımız,
Turançılıq canımız,
Olmalıdır bircə can,
Türkiyə Azərbaycan!
Türklük haqqın səsidir,
Haqqsızı kəsəsidir,
Azadlıq həvəsidir,
Olmalıdır bircə can,
Türkiyə Azərbaycan!
Türkün savaşı haqqdır,
Yaradan dayağıdır,
Birliyə marağıdır
Olmalıdır bircə can,
Türkiyə Azərbaycan!
Haqq yolu bizimlədir
Türklüyüm izimlədir,
Bayram xoş sözümlədir,
Olmalıdır bircə can,
Türkiyə Azərbaycan!
18. 09. 2014.
5.0
100% (3)
Hesabınıza giriş yapın ya da yeni üyelik oluşturun.