Yaman çalxalanır...
Yaman çalxalanır...
Aksakalın şeirini oxuyarken Yaman çalxalanır, bu dünya yaman, Gəmi kapitanı yerində deyil... Yurdum qan içində, baş üstdə duman, Bu hiylə dünyanın sirrində deyil... Ey kürsü xəstəsi bunları anla, Vətənə millətə yarayan yar ol. Köçün uzaq deyil, oynama qanla, Mmillətlə bir olub millətlə var ol. Zaman xaçlı əldə tələ, oyuncaq, Terrora hey tikir rəngarəng bina. Öz adın müsəlman ada qoyuncaq, Keçir yalan, böhtan, şantaj, bəyana. Çox heyif bu acı düşdü zamana, Ustadım, vaxt gələr əlbət sorular. Yediyi qabları hər korlayana “Ədalət divanı mütləq qurular”... |