GÖRDÜM...
G Ö R D Ü M.....
Əsir Şuşamdan yazan Şəkər xanıma Şuşa röyaları çox ağır olur, Röyamda deyirdim,mən ağı,gördüm... Düşmən at çapırdı Cıdır düzündə, Qəlbimə çəkilən bu dağı gördüm... Yaralı yurdumun yaralı qəlbi, Var idi bizlərdən istək,tələbi, Sorurdu o əsir düşmə səbəbi, Ağlayan bu İsa bulağı gördüm... Daha oxunmayır o xarı bülbül, Xiffətdən Turş su da açmayır könül, Solubdur Şuşamda hətta xarı gül, Saçları ağaran o,dağı gördüm. Şuşa röyaları ağırdır,ağır.., Biz gedən yollara həsrətlə baxır.., Onun iniltisi qəlbləri yaxır.., Düşmənin sancdığı bayrağı gördüm... Cıdır düz,Qarabağ atın gözləyir, Atın belində də bizi səsləyir, Azad olmaq üçün ümüd bəsləyir, Şuşaya qayıdış sorağı gördüm... Şuşa röyasını yozmaq olmayır, Onun bu halından yazmaq olmayır, Ləkəni qəlblərdən pozmaq olmayır, Azad olmaq üçün yarağı gördüm... Ulu əcdadımdan bil miras qalan, Turan ellərinin parçası olan, Türkləri yurdundan didərgin salan, “Sapı özümüzdən” maymağı gördüm... Şuşanın röyası ağırdı,ağır.., Bayram,Turan eli birliyə çağır, Çaqqallar arxadan xəncəri çaxır, Yurdumda”yurd”salan qırağı gördüm... |