Haqqı görenler çokalıb...
Haqqı görənlər çoxalıb...
Tavşana kaç!..Enver Özçağlayanın şeirinə Türkə düşmən kəsilən haçlı törənlər çoxalıb, Üzdə “dost”,gizli isə fitva verənlər çoxalıb. Amerkan Rus təlimi artırır terror dəsdəsin, Türkə düşmən düzələn “ulaq sürən”lər çoxalıb. Çörəyi diz üstündə olan hər topluma yazıq, Türkün çörəyin yeyib,Türkə hürənlər çoxalıb. Ustad bu haçlıların hər bir işi gizli tələ, Amerkan Ruslara da ajans “girən”lər çoxalıb. Qaç-tut oyunu ilə oynayan soysuz köpəklər, Quyruğun bərk bulayan,hürən “hərəm”lər çoxalıb. Hiyləsi alınmayan düc görən ağlar ağası, Sırtıqlıq,qorxu gələn sözlə “çərən”lər çoxalıb. Haçlı böhtan bazarı Boz Kurt əqidədə sınar, Şəhidim qəlbə köçər,Türkdə ərənlər çoxalıb. Bayram, Türk haqq,ədalət carçısıdır dünya bilir, Haqq bizim tərəfdədir,haqqı görənlər çoxalıb... 13.02.2016. |