Hara gedir bu millət?
Keçmişini unudub,
Rüşvəti öndə tutub, Tamah əqli qəlbində Həyatdan bu nə udub? Elə edib xəyanət, Hara gedir bu millət? Elim paran-parçadır, Yollarıda haçadır... Türkün izi silinməz, Tarixi çox ucadır. Birliyə yox cəsarət, Hara gedir bu millət? Ah çəkdim elim yandı, Obamda dilim yandı, Düşmənə sinə gərdim, Özümdən əlim yandı, Çəkilmədi xəcalət, Hara gedir bu millət? Qadın,rüşvət hərisi, Murdar tamah nəfisi, Adətkar elətdirib Kəsiblər haqdan səsi, Salıbdılar ədavət, Hara gedir bu millət? Rus,İngilis,Yəhudi Türklüyə düşmən əhdi, İyrənçi oyunlarla, Parçalamaqdı cəhdi. Bu “siyasi”həqiqət, Hara gedir bu millət? Yoğunladıb söhbəti Düşmən edib qeybəti, Yurduma sahib çıxıb, Edir bizə nifrəti. Soysuzda yox sədaqət, Hara gedir bu millət? Yastıq baş altda,yatır Yatmaqla gizlin batır... Eşşək,atın misalı, Törəyən cahil qatır, Bilmir nədir ləyaqət, Hara gedir bu millət? Yer verdik çoxlarına, Vətəni yoxlarına... Arxadan namərdlərin, Tuş gəldik oxlarına, Yox bunlarda ləyaqət, Hara gedir bu millət? Siyasət pozğun qadın, Çəkməyin onun adın... Simasının sayı çox, Qənimidir həyatın, Yoxdur bunda ədalət, Hara gedir bu millət? Bayram,millət qeyrətdir, Dövlət,miras sərvətdir. Qoruyub saxlamamaq, Elimə xəyanətdir... Eylə elinə hörmət, Hara gedir bu millət? 08.06.2015. |