Eşqlə qalan gözlərinə...(Qəzəl)
Əhsən ey gül baxışla canım alan gözlərinə,
Eşqə məhkum eyləyib,dərdə salan gözlərinə. Ürkək-ürkək baxışın salıb əcəb macaraya, Etdi sevda vurğunu eşqli olan gözlərinə. Məni pərvanə edib eşq atəşdə fırladaraq, Aşiqi etdin axır sevda dolan gözlərinə. Baxışın sirri nədir,şam kimi əridib məni, Etdi əsiri açıq,qəlbim çalan gözlərinə. Bayramın içindədir o baxışın mənaları, Vurğundur sevdasıyla eşqlə qalan gözlərinə... 2016. |