D E M Ə R Ə M...D e m ə r ə m. Cananı görmədən mən, canımı qurban demərəm, Hər ötüb canlar alan, canlara canan demərəm. Vurğunam cananımın qəlbə düşən gözlərinə, Qəlbimə oxu girib qalmasa mən, can demərəm. Aşiqlik testində də tam yanaraq köz olmuşam, Cananım qəlbimdədir, qəlbimə viran demərəm. Cananın həm yerişi, həm duruşu canım alıb, Canımı alan cana, eyləyir divan, demərəm. Cana candan bağlıyam, canım olub canan canı, Qəlbimin öz canına, olubdu talan, demərəm. Aşiqlik haqdan gəlir, cananım haqqın səsidir, Bu səsə bağlıyam mən, eşqimdə yalan demərəm. Bayramın canın alan, cananına canın verib, Qalmayıb ehtiyatı, geridə qalan demərəm. 02.05.14 |
Beğendim...
Tebriklerimle kutlarım...
................................................. Saygı ve Selamlar.