GECE VE BEN... 1
***
Avqustun skleroz gecələrindən birisi... sayrışan ulduzlarıyla pəncərəmin camlarında tıxanıb qalmış. Sol qulağım böcəklərin səsinə alışıq, sağ qulağımda pambıq tamponu. Orhan Pamuku oxuyuram. Sənin adın qırmızıymış... şükür allaha ki, mavi deyilmiş- mızıldanıram kəndi-kəndimə. Balkonun taxtaları tappıldayır sağ qulağımda... kediymiş... Başqa nə olabilir ki. Dinşəyirəm dışarını... ekran önümdə səs küydən titrəyir. Dünya savaş içində. qatillər,polislər, siyah ğeyimdə pədərlər... Hər kəs bir birinə bənzəyir. Riçard Girin oğraş suratına baxıram 84 ekrandan. Əlində tapança, sanki siqara tutmuş barmaqları arasında. Atəş... Orhan Pamuk əlimdən düşür... heç qaldırmasaydım... adını nə qoyursan qoy, dünya elə həmin dünyadır, Girin tapançasının lüləsi boyda, suratı da onunku kimi... "bu gece kehkeşan gibiyim, tüm kayan yıldızlar benden geçer bu gece". Dodaqlarımın ucunda oyalanan şarkı sözünə bənzəyir ağlımdakı kəlmələr. Deyəsən yuxulamışam. * |
Kalemin susmasın
______________________________________Saygılar Selamlar