QURBANIN OLUM (qəzəl)
Bu qədər naz eləmə, gəl mənə, qurbanın olum,
Salmışam mehrimi mən, tək sənə, qurbanın olum. O məlahətli səsinlə oxşa bir qəlbimi sən, Yığışsın cümlə-cahan nəğmənə, qurbanın olum. İstərəm olmayasan qüssəyə,bir dərdə düçar, Olaram mən də şərik dərdinə, qurbanın olum. İncə bel, incə dodaq bir aləmsə hər birisi, Əqlimi başdan alıb gen sinə, qurbanın olum. İnsaf et aşiqinə, qoyma qala bir muradım, Gül yanaqdan busə ver bir dənə, qurbanın olum. Dərdinin dərmanısa təkcə Fədakarda olar, Yığma əğyarləri dövrənə, qurbanın olum. |