TƏKLİK
Hər kəs mənə ölümü,
Gözləyən adam deyir. Atamdan da qocayam, Atam mənə atam deyir. Dərdim özümdən böyük, Ruhum içimə dardı. Xoşbəxt olacaqsan deyib, Anam məni aldadardı. Dərd gövdəmə peyvənd oldu, Acılar yetişdi məndən. İçimə boylanıb baxdım, Ruhum da getmişdi məndən. Bezdim artıq bu təklikdən, Bu təklik boğazıma dəkdi. Haray saldım Allaha, Baxdım Allah da təkdi... |