GETMƏYƏ ÖYRƏNİŞLİİndi mənsizlikdə gileylənirsən, Bir zaman sevməyə yox idi gücün. Qisməti zorlayıb hər şeyi etdim, Kimlərdən keçmişdim mən sənin üçün? Sən getdin o kimlər qalası oldu, Sən getdin apardın hər şeyi məndən. De, indi yanıma gəlmisən niyə? O zaman bir xəbər yox idi səndən. Yerə mi girmişdin, göyə mi qalxdın? Suallar içində mən boğulanda. Qaçaraq yanıma indi gəlirsən, Səni sənsizlikdə mən unudanda. Asandı qarşımda bağışla demək, Susursan, günahkar danışmaz axı. Bəlkə də mən səni bağışlayardım, Ağlım ürəyimlə barışmaz axı. Getməyə tələsdin, indi də tələs, Bax indi sevməyə yox mənim gücüm. Nə vaxtsa sən məni itirməliydin? Qədrimi yoxluqda bilməyin üçün. Qəlbimi mən verdim, sən qırdın onu, Bəs heç düşündün ki, əmanət olar? Demə ki, bu səhvdi, demə bağışla, Sevgidə səhv olmaz xəyanət olar. Sən getdin zaman tək geri baxmadın, Sənin həyatında mən yoxdum sanki. Mən hələ özümü bağışlamıram, De səni mən necə bağışlayım ki? Mən könül yarası, mən qəlbi qırıq, Oyuncaq kimiydin mənlə oynadın. Bezib bir kənara atıb gedərkən, Nə vaxtsa qayıtmaq yeri qoymadın. Xoşuna gəlmədi təzə oyuncaq? Yox denə, səninçün darıxdım denə. Mən uşaq kimiyəm, sənsə müqəddəs, Sən danış, mən sənə inanım yenə. Nə lazım danışmaq indi bu qədər, Nə etdin özünə, sən özün etdin. Onsuz da getməyə öyrənişlisən, Arxanı dön və get, necə ki, getdin. |
Kutluyorum kalemini
Yüreğin var olsun
________________________________________________Selamlar