ƏnəlhəqqSusun, susun! Molla əmi dinir və dindən danışır, Qorxur özü, qorxudur həm, Şeytan və cindən danışır, Şeytan çıxır ortalığa, deyir , ə, bu kimdən danışır? Məndə günah birdənədir, ay əmi, sən özünə bax! Diqqət eylə hər kəlmənə, dildən çıxan sözünə bax! Kəndli gəlir şəhərliyə gördüyü kənddən danışır, Varlı neynir a qardaşım, şəkər və qənddən danışır? Tut sözümün canını sən bax hər kəs ətdən danışır, Şərəf, namus, qeyrət üçün sən qoyulan qiymətə bax! Torpağı yad eldədi, dön bu yana millətə bax! Qəlbim azad, ruhum azad, beynimdə zindan danışır, Demə ki, Allah ölüb içində Şeytan danışır, Mən susaram, amma qardaş, neyləyim vicdan danışır, Keç gəl şair ürəyinə, nəzər salıb dərdinə bax! Cır dərimi, sök sinəmi yaralanmış qəlbimə bax! Ənəlhəqəm, haqq da mənəm, dilim də haqdan danışır, Güzgü mənəm əksi cismin həm qara-ağdan danışır, Məhəmməd ki, çıxıb dağa o haqla dağdan danışır, Mən haqq ilə bu qalxdığım, ucaldığım zirvəyə bax! Bircə-bircə mən hördüyüm beş sətirlik ilməyə bax! |