ÖMRÜMÜ ÖRÜNƏ BAĞLAYAN GÖZƏL
Gözlərim yollarda, qulağım səsdə,
Ürəyim çırpınır, sanki qəfəsdə. İstərəm ki, gələ axır nəfəsdə Qəlbimi sevgilə dağlayan gözəl, Ömrümü ömrünə bağlayan gözəl. Getmir yaddaşımdan onun xəyalı, Dolanıb gəzirəm yalqız mahalı. Nə vaxtdır düşübdür məndən aralı Mənimlə bir gülüb, ağlayan gözəl, Ömrümü ömrünə bağlayan gözəl. Nolaydı, çataydıq biz də vüsala, Əlim yetişəydi o gül camala. Yenə bürünəydi yaşıla, ala Məni intizarda saxlayan gözəl, Ömrümü ömrünə bağlayan gözəl. Yetər ürəyimi dağladı hicran, Yolunda özümü eylədim qurban. Gəlib yaradaydı görüşə imkan Fədanı silahsız ovlayan gözəl, Ömrümü ömrünə bağlayan gözəl. |
Alkışlıyorum kalemini
Yüreğin var olsun
__________________________________Saygılar selamlar