DE,BU DƏRDƏ ÇARƏ VAR!?
“De, bu dərdə çarə var ?!”
Nə qədər istəsəm də olum sevgidə mətin, Ürəyimi üzübdür intizarın, həsrətin. Səninlə bir görüşüm olub çətindən çətin, İnanmıram, kimdəsə məndə olan yarə var. De, bu dərdə çarə var ?! Sən mənim nəzərimdə sevgidə yeganəsən, Dünya bir yana olsa, sən də özgə yanəsən, Ləbləri gül qönçəsi, dişləri dürdanəsən. Kainatda sənintək böylə bir sitarə var? De, bu dərdə çarə var ?! Gözlərim çoxdan qalıb ağızında, dilində, Bu həsrətin əlacı təkcə sənin əlində. Axtarıram həmişə işində, əməlində, Görüşməyə mənimlə, görən, bir işarə var? De, bu dərdə çarə var ?! Çox şeyi bilməsən də, bir bunu bilmən gərək, Dolansa ətrafıma yüz pəri,yüz min mələk, Mənim xəyallarımda inan, bircə sənin tək Qaşları kaman kimi, gözləri qapqarə var. De, bu dərdə çarə var ?! |
K u t l u y o r u m........................
Yüreğine sağlık
___________________________________________Selamlar