AY KIZ
AY QIZ
Görəndə hüsnünü, gül camalını, Ağlımı başımdan almısan, ay qız. Dəyişib əhvalım, dəyişib halım, Məni haldan-hala salmısan, ay qız. Duruşla-baxışla canımı üzüb, Qələm qaş altından gözünü süzüb, Kipriyin ox edib kamana düzüb, Tuşlayıb sinəmə çalmısan, ay qız. Zülfünü gərdandan qaldırıb başa, Sinən bir mərmərdi, boyun tamaşa, Sürməni, vəsvəni veribsən qaşa, Şirinsən, şəkərsən, balmısan, ay qız. Duz qatıbsan həm işvənə, nazına, Mail oldum minalanmış üzünə, Heyran qaldım söhbətinə, sözünə, Sanırdım dinməzsən, lalmısan, ay qız. Bu bir möcüzədir, Tanrının payı, Varmıdır gözəllər səndən, savayı? Coculu, tapılmaz, heç bunun tayı, Bəlkə də mələksən , halmısan, ay qız |
tebrikler
Hoş gelipsen gardaş
Allaha emanet
hayırlşara vesile olasınız