YALANDI DUNYA
***
Özünü toxuma daşa,divara, "As" dı qazanacaq, girsən qumara, İstər bəzirgan ol,istər avara, Nə mənə, nə sənə qalandı dünya, Yalandı,yalandı,yalandı dünya. * Arı pətəyində şanını sorar, Zəlidi,zövq ilə qanını sorar, Əlbət,bir gün dönüb canını sorar, Verdi mi,verdiyin alandı dünya, Yalandı,yalandı,yalandı dünya. * Bitirır topraqda dəni,tovlayıb, Dağından endirir çəni,tovlayıb, Beş arşın beziylə səni tovlayıb Üç arşın quyuya salandı dünya, Yalandı,yalandı,yalandı dünya. * Şərbət,şəkərini qısanda acı, İçəndə şirindi,qusanda acı, Deməsən də acı,desən də acı, Boşalıb özü də dolandı dünya, Yalandı,yalandı,yalandı dünya. *** |
Bitirır topraqda dəni,tovlayıb,
Dağından endirir çəni,tovlayıb,
Beş arşın beziylə səni tovlayıb
Üç arşın quyuya salandı dünya,
Yalandı,yalandı,yalandı dünya.